ABŞ İranın Fars körfəzinə ticarət gəmilərinin müdaxiləsinə qarşı Yaxın Şərqə əlavə döyüş gəmiləri və minlərlə dəniz piyadası göndərmək qərarına gəlib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Gəminin və bölmənin adı ilə bağlı məlumat verilməyib. Adının açıqlanmasını istəməyən rəsmilər USS Bataan amfibiya gəmisinin və 2500 əsgərdən ibarət 26-cı Dəniz Piyadaları Ekspedisiya Qrupunun bölgəyə getdiyini bildirib.
USS Bataan ilə yanaşı, “USS Mesa Verde” və “USS Carter Hall” adlı döyüş gəmilərinin də bölgəyə yönəldildiyini bildirən səlahiyyətlilər, sözügedən gəmilərin ayın əvvəlində Virciniya ştatının Norfolk limanından ayrıldığını qeyd edib.
Qeyd edək ki, ABŞ İranın ayın əvvəlində Hörmüz boğazında iki neft tankeri gəmisini ələ keçirməyə cəhd etdiyini və bir gəmiyə atəş açdığını açıqlayıb.
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) iyulun 17-də verdiyi açıqlamada İranın Fars körfəzi və ətrafında ticarət gəmilərini ələ keçirmək cəhdlərindən sonra USS Thomas Hudner esminesi və F-35 döyüş təyyarələrinin bölgəyə göndərilməsinə qərar verildiyi bildirilib.