AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, qurumun İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan yeni təyinat alıb.
İnterpress.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələ matçında iş başında olacaq.
K.Mehdiyeva AÇ-nin D qrupunda baş tutacaq İsrail – Estoniya görüşünün UEFA nümayəndəsi olacaq.
Qarşılaşma oktyabrın 12-də keçiriləcək.