AFFA rəsmisini döyən oyunçuya ağır cəza verilibbackend

AFFA rəsmisini döyən oyunçuya ağır cəza verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AFFA İntizam Komitəsi “Rəvan” komandasının futzalçısı Sabir Həsənovu 1 il müddətinə futbolla əlaqədar hər hansı fəalliyətlə məşğul olmaq hüququndan məhrum edib.

İnterpress.az-ın məlumatına görə, buna oyunçunun İkinci Liqada “Timsport”la görüşdə AFFA rəsmisini təhqir etməsi və ona fiziki təsir göstərməsi səbəb olub.

Həsənov 26-cı dəqiqədə aqressiv hərəkətə görə qırmızı vərəqə alaraq meydandan qovulandan sonra bu addımı atıb. Futzalçı yenidən meydana daxil olaraq hakimlər briqadasını da təhqir edib.