Afinanın Ərdoğan siyasəti iflasa uğrayır – Varufakisbackend

Afinanın Ərdoğan siyasəti iflasa uğrayır – Varufakis

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nikos Dendiasın boş yerə gözlədiyi sanksiyalarla Ərdoğanı diplomatik olaraq təcrid etmək cəhdi yay yuxusuna çevrilib.

İnterpress.az xəbər verir ki, bunu Yunanıstanın sabiq maliyyə naziri, Mera 25 Partiyasının sədri Yanis Varufakis deyib.

“Almaniyadakı böyük partiyaların çoxu Ərdoğanın təsiri altında olan türk seçicilərdən asılıdır. Merkel Türkiyəyə qarşı sanksiyaları nəzəri cəhətdən də qəbul etməyəcək. Yunanıstanın Baş naziri Kiryakos Miçotakisin Merkel və Trampla telefon danışığı sadəcə beynəlxalq hərəkətlilik təəssüratı yaratmaq səylərindən ibarətdir. Bununla Miçotakisə diplomatik dəstək əvəzinə, şefin sözünü dinləmək qalacaq”, – sabiq nazir deyib.

 

İnterpress.az