Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Çinin ABŞ-ı izləmək üçün Kubada baza quracağı ilə bağlı məlumatların doğru olmadığını bildirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
O, Çinin ABŞ-la bağlı casusluq fəaliyyətləri həyata keçirmək üçün Kubada baza qurma mövzusunda Havana rəhbərliyi ilə prinsipial razılığa gəldiyi ilə bağlı məlumatlardan xəbərdar olduqlarını söyləyib.
Kirbi Çinin ABŞ-ın yerləşdiyi bölgədəki təsir fəaliyyətlərini yaxından izlədiklərini və bu çərçivədə potensial təhdidləri azaltmaq üçün addımlar atmağa davam edəcəklərini bildirib.
Digər tərəfdən, Çinlə əlaqə kanallarını açıq saxlamaq istədiklərini bildirən Kirbi, xarici işlər naziri Antoni Blinkenin Pekinə səfərini reallaşdıra biləcəyinə ümid etdiklərini və bunun baş tutmasını istədiklərini söyləyib.
Son zamanlar Ukraynada qarşıdurmaların artdığını ifadə edən Kirbi, ukraynalıların həyata keçirməyi planlaşdırdıqları əməliyyatlara münasibət bildirmələrinin düzgün olacağını qeyd edib.
Qarşıdurmaların qarşıdakı həftələrdə daha da şiddətlənə biləcəyini ifadə edən Kirbi, ABŞ və NATO müttəfiqlərinin Ukraynaya lazım olan dəstəyi verməyə davam edəcəklərinin vurğulayıb.
Kirbi iki tərəf arasında Ukrayna müharibəsi ilə bağlı danışıqlara hazır olmadığını ifadə edərək, Rusiya prezidenti Vladimir Putinin diplomatiyaya meyl göstərmədiyinə diqqət çəkib.
Bu səbəbdən Kirbi, ukraynalıların döyüş meydanında daha “aqressiv” olmağa qərar verdikləri üçün uğur qazanmaq üçün onlara dəstək verməyə davam edəcəklərinin vurğulayıb.
Kirbi ukraynalılarla Kahovka bəndinin dağılması ilə bağlı danışıqlara davam etdiklərini və məsələ ilə bağlı qəti bir şey söyləmək iqtidarında olmadıqlarını bildirib.