Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirildibackend

Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirilib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, artilleriyaçılarımızın sərrast atəşi nəticəsində ağır itkilərə məruz qalan düşmən bölmələri yerləşdiyi atəş mövqelərindən geri çəkilməyə məcbur edilib.

Qeyd edək ki, həmin artilleriya bölmələri Ermənistan ordusunun 5-ci dağatıcı alayının tərkibindədir.

 

İnterpress.az