Ağıllı həyat yoldaşı olan kişilərin erkən ölüm riski 46% azalır – ARAŞDIRMAbackend

Ağıllı həyat yoldaşı olan kişilərin erkən ölüm riski 46% azalır – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həkimlər müəyyən ediblər ki, intellektual qadınla evlilik kişinin erkən ölüm riskini 46% azaldır.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Həkimlərin apardıqları son elmi araşdırmalara görə, ağıllı və intellektual qadınla evlilik kişinin erkən ölüm riskini 46% azaldır.

Təhsil almış və dünyagörüşü geniş olan qadınlar təkcə öz səhhətlərinə deyil, həm də həyat yoldaşlarının fiziki sağlamlığına xüsusi diqqət və qayğı yetirirlər.

Mütəxəssislər qeyd edirlər ki, bu cür bərabərhüquqlu və şüurlu ailələrdə kişilər xeyli uzunömürlü olurlar. Çünki intellektual qadınlar həyat yoldaşlarının düzgün qidalanmasını, zərərli vərdişlərdən uzaq durmasını və vaxtında tibbi müayinələrdən keçməsini uğurla əlaqələndirirlər.

Bununla da, qadının təhsili və intellektual səviyyəsi birbaşa ailənin ümumi sağlamlıq durumuna və həyat yoldaşının ömür uzunluğuna müsbət təsir göstərən ən vacib sosial faktorlardan birinə çevrilir.

Xuraman Etibarlı

İnterpress.аz