Ağsuda yeniyetməyə ağır xəsarət yetirən şəxs saxlanıldıbackend

Ağsuda yeniyetməyə ağır xəsarət yetirən şəxs saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağsuda 14 yaşlı yeniyetmə həmkəndlisi tərəfindən döyülüb.

Hadisə Qaraqaşlı kəndində qeydə alınıb. Kənd sakini, 2007-ci il təvəllüdlü Məmişov Nihad Vüqar oğlu aralarında yaranan mübahisə zəmnində həmkəndlisi tərəfindən döyülərək ağır xəsarətlər alıb. N.Məmişov əvvəlcə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Yeniyetməyə xəsarət yetirən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.