Avropa İttifaqı İtaliyanın keçmiş xarici işlər naziri Luici Di Mayonu Körfəz regionuna xüsusi nümayəndə təyin edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Avropa İttifaqı (Aİ) Şurasından bildirilib ki, yeni xüsusi nümayəndə Di Mayonun vəzifəsi daha güclü, hərtərəfli və strateji tərəfdaşlığın inkişafında Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell-ə dəstək olmaq olacaq.
Di Maio Körfəz ölkələri və müvafiq regional qurumlar arasında dialoqa dəstək verməklə regionun sabitliyi və təhlükəsizliyinə töhfə vermək yollarını axtaracaq və Aİ-nin görünməsinin və anlaşılmasının artırılmasına töhfə verəcək.
2019-2022-ci illərdə İtaliya Xarici İşlər Nazirliyi vəzifəsində çalışmış Di Maio iyunun 1-də başlayacaq və uzadılmadığı təqdirdə 21 ay davam edəcək.
Aİ-nin hazırda 10 xüsusi nümayəndəsi var.