Aİ-nin Rusiyadan neft idxalı 90 faiz azalıbbackend

Aİ-nin Rusiyadan neft idxalı 90 faiz azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) ölkələrinin Rusiyadan neft alışı bu ilin mart ayında müharibədən əvvəlki dövrlə müqayisədə 90 faiz azalıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Avropa Statistika İdarəsi (Avrostat) üzv ölkələrin mart ayında Rusiyadan xam neft və neft məhsulları idxalı ilə bağlı məlumat yayıb.

Müvafiq olaraq, AB-nin Rusiyadan cəmi xam neft və neft məhsulları idxalı mart ayında 1,4 milyon ton olub.

Sözügedən idxal 2019-2022-ci illərdə ayda 15,2 milyon ton səviyyəsində olub. Belə ki, Aİ-nin Rusiyadan xam neft və neft məhsullarının ümumi alışı mart ayında 90 faiz azalıb.

Aİ müharibədən əvvəlki 2022-ci ilin yanvarında Rusiyadan 12,4 milyon ton xam neft idxal edib.

Sanksiyalar çərçivəsində embarqo tətbiqinin qüvvəyə mindiyi 2022-ci ilin dekabrında Aİ-nin xam neft idxalı 70 faiz azalaraq 3,7 milyon tona düşüb. Xam neft idxalı bu ilin mart ayında müharibədən əvvəlki ayla müqayisədə 91 faiz azalaraq 1,17 milyon tona düşüb.

Aİ-nin 2022-ci ilin yanvar ayında 3,3 milyon ton olan neft məhsulları idxalı, ikinci embarqo qərarından sonra 2023-cü ilin fevralında 80 faiz azalaraq 0,7 milyon tona düşüb. Bu ilin mart ayında neft məhsullarının idxalı müharibədən əvvəlki ayla müqayisədə 92 faiz azalaraq 0,3 milyon ton təşkil edib.

Aİ-nin Rusiyadan neft alışı müəyyən şərtlərlə məhdud idxala imkan verən sanksiyalar istisnaları səbəbindən tamamilə dayanmayıb.

Müharibədən əvvəl Aİ ölkələri neftin təxminən 25 faizini və təbii qazın 40 faizini Rusiyadan alırdı.