Aİ ölkələri nüvə enerjisi sahəsində əməkdaşlığı artıracaqbackend

Aİ ölkələri nüvə enerjisi sahəsində əməkdaşlığı artıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqına (Aİ) üzv olan 11 ölkə nüvə enerjisi sahəsində gələcək əməkdaşlıq haqqında razılığa gəlib.

İnterpress.az xəbər verir ki, Aİ-yə üzv ölkələrin energetika nazirləri müddətli prezident olan İsveçin paytaxtı Stokholmda bir araya gəlib.

Görüşdə Fransa, Hollandiya, Polşa, Macarıstan, Bolqarıstan, Xorvatiya, Çexiya, Finlandiya, Rumıniya, Slovakiya və Sloveniyanın nazirləri nüvə enerjisi sahəsində əməkdaşlığı gücləndirəcəkləri barədə birgə bəyanat yayıblar.

Bəyanatda nüvə enerjisi sahəsində araşdırmaların, texniki biliklərin paylaşılmasının, ümumi standartların müəyyən edilməsinin, nüvə sənayesində əməkdaşlığın inkişaf etdirilməsinin və Avropanın nüvə potensialının artırılmasının ümumi enerji siyasətinin mühüm hədəfləri olduğu bildirilib.