Aİ Rusiya almazlarına sanksiya tətbiq etməyə hazırlaşırbackend

Aİ Rusiya almazlarına sanksiya tətbiq etməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişel sanksiyalardakı hüquqi boşluqları bağlayacaqlarını və Rusiya ilə almaz ticarətini məhdudlaşdıracaqlarını bildirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Mişel Yaponiyanın Xirosima şəhərində keçirilən G7 Liderlər Zirvəsi ərəfəsində mətbuata açıqlama verib:

“Biz Ukraynaya güclü hərbi, siyasi, humanitar və maliyyə dəstəyi verməyə davam edəcəyik. Aİ və onun üzvü olan ölkələr indiyədək Ukraynaya 70 milyard avrodan çox yardım edib. Aİ Rusiyanın hücumlarının qarşısını almaq üçün sanksiya paketləri ilə əhatəli addımlar atıb. Biz indi sanksiyalardakı hüquqi boşluqları aradan qaldırmağa fokuslanmışıq. Rusiyanın kritik materiallara çıxışının qarşısını almağa davam edirik, yeni tədbirlər görüləcək”.