Aİ sanksiyalardan yayınma hallarının qarşısını alacaqbackend

Aİ sanksiyalardan yayınma hallarının qarşısını alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) sanksiyalardan yayınma hallarının qarşısını alacaq.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Aİ Komissiyasının sədri Ursula fon der Leyen Yaponiyanın Xirosima şəhərində keçirilən G7 Liderlər Sammitinin Ukrayna sessiyasında çıxış edib.

Von der Leyen G7 ölkələrinin qurduğu koordinasiya platformasının Ukraynaya 2023-cü il büdcə kəsirini bağlamağa kömək etdiyini, 2023-cü ildən sonra isə Ukraynaya sabit maliyyə dəstəyinin verilməsi üçün razılığa gəlmələri lazım olduğunu bildirib.

O, Ukraynaya iqtisadi və maliyyə dəstəyini davam etdirməyin zərurliyini söyləyib.

Komissiya sədri Aİ-nin Rusiyanı qabaqcıl mal və texnologiyadan məhrum etmək və əlaqəni kəsmək üçün bu ölkəyə illik 50 milyard avro ixrac və 90 milyard avro idxalı qadağan etdiyini bildirib.