Avropa İttifaqının (Aİ) paytaxt Afina yaxınlığındakı Dervenoqoriya və Lutraki bölgələrində meşə yanğınlarının davam etdiyi Yunanıstana 4 yanğınsöndürmə təyyarəsi göndərilməsinə qərar verdiyi bildirilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Aİ-nin Mülki Müdafiə Mexanizmi çərçivəsində Fransa və İtaliyadan Yunanıstana 4 yanğınsöndürmə təyyarəsi göndərəcəyi bildirilib.
Təyyarələrin bu gün Yunanıstana çatacağı gözlənilir.
Digər tərəfdən, Agios Haralambos və Lutraki ətrafındakı Panorama qəsəbələri ehtiyat tədbiri olaraq boşaldılıb.
Saronikos bölgəsində baş verən yanğında 3 könüllünün yüngül xəsarət aldığı bildirilib.
Yunanıstan Meteorologiya Xidməti yanğın riskinin bu gün də yüksək olduğu barədə xəbərdarlıq edib.
İqlim Böhranı və Mülki Müdafiə naziri Vasilis Kikilyas dünən 81 nöqtədə meşə yanğınlarının baş verdiyini açıqlayıb.
Kikilyas yanğınlarla əlaqədar 2 nəfərin nəzarətə alındığını açıqlayıb.