Alaudinov Rusiyada etnik nifrətin qızışdırılmasına görə sərt cəza TƏLƏB ETDİbackend

Alaudinov Rusiyada etnik nifrətin qızışdırılmasına görə sərt cəza TƏLƏB ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Axmat” xüsusi təyinatlılarının komandiri Apti Alaudinov Rusiyada etnik nifrətin qızışdırılmasına görə cəzaların sərtləşdirilməsinə çağırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Onun fikrincə, ölkədə millətlərarası və ya konfessiyalararası münaqişəyə görə çox sərt cəza nəzərdə tutulmalı, Rusiya münaqişə vəziyyətində olduğu üçün etnik ədavətin qızışdırılmasına qarşı mübarizə mövzusuna xüsusi diqqət yetirilməlidir.

“Ona görə də ümid edirəm ki, həm ölkə rəhbərliyi, həm də bütün hakimiyyət qollarının nümayəndələri ölkəmizdə vəziyyətin millətlərarası və ya konfessiyalararası zəmində sabitliyin pozulmasının mümkün olmaması üçün əllərindən gələni edəcəklər”, – o vurğulayıb.

Alaudinov onu da bildirib ki, cinayətin milliyyətinə görə heç bir cinayətkarın adı çəkilməməlidir, çünki cinayətin milliyyəti yoxdur, amma onu törədən şəxs var.

Xuraman Etibarlı

İnterpress.az