Aleksandr İşein vəfat etdibackend

Aleksandr İşein vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Bu barədə Bakı və Azərbaycan Yeparxiyasının İnformasiya şöbəsindən bildirilib.

Qeyd edək ki, Aleksandr Gennadyeviç İşein 13 oktyabr 1952-ci ildə Rusiyanın Yaroslavl şəhərində doğulub, 1975-ci ildə dyakon olub. Moskva Teoloji Akademiyası məzunudur. 1988-ci ildə arximandrit səviyyəsinə yüksəlib. 1995-ci ildə Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsədə fəaliyyətə başlayıb. 1998-ci ildə Bakı yeparxiyasının yepiskopu təyin olunub.

2012-ci ildən bəri arxiyepiskop idi.

 

İnterpress.az