Masallı Rayon Mərkəzi Xəstəxanasında (RMX) yeni təyinat olub.
Bu barədə İnterpress.az özəl olaraq məlumat əldə edib.
Məlumata görə, Məmmədov Alim İslam oğlu Masallı RMX-nin əməliyyatxana bölməsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək k, Məmmədov Alim İslam oğlu 1963-cü ildə anadan olub.
O, 32 ildən artıq cərrahi, 25 ildən artıq pedaqoji təcrübəyə malikdir. 2 dərs vəsaitinin, 2 metodik tövsiyyənin, 2 səmərələşdirici təklifin, 2 metodik dərs vəsaitinin və 100-ə yaxın elmi məqalə və tezisin müəllifidir.