Alimlər sağlamlıq üçün 10.000 addım mifini İNKAR ETDİbackend

Alimlər sağlamlıq üçün 10.000 addım mifini İNKAR ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlər sağlamlıq üçün 10.000 addım mifini inkar ediblər.

İnterpress.az xəbər verir ki, bu barədə alimlər araşdırma aparıb.

Məlumata görə, alimlər sağlamlıq üçün gündə yeddi min addımın kifayət etdiyini bildiriblər.

“160 000-dən çox böyüklərin məlumatlarının təhlili göstərdi ki, gündə 7 000 addım yerimək ürək-damar xəstəliklərinin (25 faiz), xərçəngin (6 faiz), dimens (38 faiz) və depressiya (22 faiz) inkişaf riskinin yalnız 2 min addım yerimiş insanlarla müqayisədə əhəmiyyətli dərəcədə azalması ilə əlaqələndirilir.

Tədqiqatın aparıcı müəllifi doktor Melodi Din qeyd edir ki, 10.000 addımlıq rəqəm Yaponiyada aparılan marketinq kampaniyasının nəticəsidir və heç bir elmi əsası yoxdur.

Tədqiqat həmçinin vurğulayır ki, hətta aktivliyi gündə 4000 addıma qədər artırmaq da müsbət təsir göstərir”, – tədqiqat hesabatında deyilir.

Xuraman Etibarlı

İnterpress.az