Alimlərdən kədərli XƏBƏRDARLIQ: Gənclikdə yaşanan yoxsulluq 50 yaşında beyni QOCALDIRbackend

Alimlərdən kədərli XƏBƏRDARLIQ: Gənclikdə yaşanan yoxsulluq 50 yaşında beyni QOCALDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlər sübut ediblər ki, gənclikdə yoxsulluq 50 yaşına qədər beynin fəaliyyətini kəskin zəiflədir.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Genişmiqyaslı elmi tədqiqatlar gənclik illərində yaşanan yoxsulluq və kəskin maddi sıxıntıların 50 yaşına qədər beynin fəaliyyətini ciddi şəkildə zəiflətdiyini ortaya qoyub.

Alimlər həyatları boyunca 2700 insanı müntəzəm müşahidə edərək müəyyən ediblər ki, daimi pul çatışmazlığı 50 yaşda beyin funksiyalarının vaxtından əvvəl geriləməsi ilə birbaşa bağlıdır.

Bu mənfi təsir hətta uşaqlıq travmaları, təhsil səviyyəsi və ilkin intellekt dərəcəsi nəzərə alındıqda belə dəyişməz olaraq qalıb.

Tədqiqatçılar hesab edirlər ki, borclar, ödənilməli olan qəbzlər barədə daimi narahatlıqlar və xroniki stress beynin daxili resurslarını tədricən tamamilə tükədir.

Nəticədə gənclik illərində yaşanan ağır maliyyə çətinlikləri insanda yaşla bağlı koqnitiv (zehni) geriləmə risklərinin vaxtından əvvəl yaranmasına səbəb olur.

Xuraman Etibarlı

İnterpress.аz