Alman Bild süni intellektə keçir: yüzlərlə işçi ixtisara düşə bilərbackend

Alman Bild süni intellektə keçir: yüzlərlə işçi ixtisara düşə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropanın ən çox satılan qəzeti olan Almaniyanın “Bild” qəzeti müxtəlif redaktor işlərini süni intellektlə əvəz edəcək.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Qəzet tam rəqəmsal media şirkəti olacaq. Qərar 100 milyon avroluq xərclərin azaldılması proqramının bir hissəsidir. Yüzlərlə işçinin ixtisar ediləcəyi gözlənilir.

Qəzetin sahibi və Avropanın ən böyük media naşiri Axel Springer SE işçi heyətinə rəqəmsal dünyada süni intellekt və avtomatlaşdırılmış proseslərlə yerinə yetirilən vəzifələri olan həmkarları ilə yollarını ayıracağını söyləyib.

Belə olan halda isə redaktorlar, çap işçiləri, alt redaktorlar, korrektorlar və foto redaktorların rolları indiki kimi mövcud olmayacaq.