Almaniya hökuməti qaçqınlar üçün ştatlara əlavə 1 milyard avro verəcəkbackend

Almaniya hökuməti qaçqınlar üçün ştatlara əlavə 1 milyard avro verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Federal hökumət Almaniyadakı qaçqın yükünü yüngülləşdirmək və immiqrasiya problemini aradan qaldırmaq üçün bu il ştatlara əlavə 1 milyard avro verəcək.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Almaniya kansleri Olaf Şolz ştatların baş nazirləri ilə ölkədəki qaçqınların vəziyyəti, qeyri-qanuni miqrasiya və ştatlara maliyyə dəstəyini müzakirə edib.

Görüşdən sonra qətnamə mətnində 2022-ci ildə Almaniyadakı qaçqınların sayının nəzərəçarpacaq dərəcədə artdığı, 2023-cü ilin ilk aylarında isə üçüncü ölkələrdən Almaniyaya gələnlərin sayının yüksək olduğu vurğulanıb.

Mətndə qaçqınlar üçün humanitar vəzifələri öz üzərinə götürməyə davam edəcəyi, lakin bunun üçün əlavə tədbirlərə ehtiyac olduğu qeyd edilib.

Hüquqi və humanitar öhdəlikləri yerinə yetirməklə immiqrasiyaya daha güclü nəzarət, ölkəyə gələn insanların sayı və statusunun mümkün qədər tez qeydə alınması, proseslərin rəqəmsallaşdırılması, Almaniyada qala bilməyənlərin, xüsusilə də cinayətkarların repatriasiyası kimi məsələlər razılaşdırılıb.

AB-yə üzv olmaq perspektivi olan ölkələrin vətəndaşları üçün sığınacaq prosedurlarının sürətləndirilməsinin razılaşdırıldığı bildirilən mətndə Gürcüstan və Moldovanın təhlükəsiz ölkələr kimi təsnifləşdirilməsi istənilib.

Mətndə qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə federal polisin səlahiyyətlərinin artırılacağı, ədliyyə orqanları ilə əcnəbilərin idarələri arasında məlumat mübadiləsinin təkmilləşdiriləcəyi vurğulanıb.

Mətndə qaçqınların iqamətgahında əyalətlərə və yerli hökumətlərə dəstək verəcəyi, federal hökumətə aid mülklərin kirayəsiz veriləcəyi bildirilərkən, tikintini asanlaşdırmaq üçün tənzimləmənin dəyişdiriləcəyi də qeyd edilib.

Görüşdən sonra Almaniya kansleri Olaf Şolz Aşağı Saksoniya əyalətinin kansleri Stefan Veyl və Şimali Reyn-Vestfaliya əyalətinin kansleri Hendrik Vüst ilə birgə mətbuat konfransı keçirib.