Almaniya kütləvi deportasiyaya hazırlaşırbackend

Almaniya kütləvi deportasiyaya hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya kansleri Olaf Şolts müxalifət partiyalarını qeyri-qanuni miqrasiyanın azaldılmasına yönəlmiş hökumətin təklif etdiyi qanun layihəsini dəstəkləməyə çağırıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“Reuters”in məlumatına görə, Şolts Xristian Demokratlar Partiyasının lideri Fridrix Mersə məktub yazıb və məktubunda Mersi qeyri-qanuni miqrasiyanın azaldılması üçün təklif olunan tədbirləri dəstəkləməyə çağırıb.
Şolts yazıb: “Mənim üçün federal hökumətin, federal partiyaların hökumətlərinin və müxalifətin Almaniyaya qeyri-qanuni miqrasiyanın əhəmiyyətli dərəcədə azaldılması üçün birgə razılaşma əldə etməsi vacibdir”.
Məktubda Şolts iqtidarla müxalifət arasında koordinasiyaya ehtiyac olduğunu vurğulayıb, çünki hökumət noyabrın 6-da qeyri-qanuni miqrasiya ilə bağlı konkret razılaşma əldə etmək istəyir.