Almaniyada bomba təhlükəsi: Binalar boşaldıldıbackend

Almaniyada bomba təhlükəsi: Binalar boşaldıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alman ictimai yayımı ZDF-nin bomba təhlükəsi almasından sonra bir çox bina boşaldılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Mainz polisindən verilən açıqlamada səhər saatlarında Almaniyanın ictimai televiziya kanalı ZDF-nin binasına bomba qoyulması xəbərinin gəldiyi bildirilib.

Qeyd olunub ki, bildirişdən sonra Lerxenberq ərazisindəki işçilərin və obyektdəki digər şəxslərin təhlükəsizliyini təmin etmək üçün bina boşaldılıb.

Açıqlamada bildirilib ki, Dövlət Kriminal Polis İdarəsinin ekspertləri və itləri binaya baxış keçirib.

Yoxlamadan sonra binalarda təhlükə olmadığı bildirilib və 600 işçinin ofislərinə qayıtmağa başladığı vurğulanıb.