Almaniyada doğum səviyyəsi aşağı düşübbackend

Almaniyada doğum səviyyəsi aşağı düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçən il Almaniyada doğum nisbətlərində azalma olduğu açıqlanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Almaniya Federal Statistika İdarəsindən ötən il ölkədə doğumların əvvəlki ilə nisbətən yüzdə 7 az olduğu bildirilib.

2022-ci ildə 738 min 819 körpənin doğulduğu bildirilən açıqlamada, bu rəqəmin 2021-ci ilə nisbətən 56 min 673 az olduğu, xüsusilə Hamburq və Berlində doğum nisbətlərinin kəskin şəkildə aşağı düşdüyü qeyd edilib.

Ötən il bir qadına düşən məhsuldarlıq əmsalı 1,46 olduğu halda, 2021-ci ildə 1,58 olub.

Statistiklərin fikrincə, inkişaf etmiş ölkələrdə immiqrasiya olmadan bir ölkə əhalisinin azalmaması üçün qadına düşən doğum əmsalı 2,1 olmalıdır.

Almaniyada 2021-ci ildə 795 492 körpə doğulub ki, bu da 1997-ci ildən bəri ən yüksək rəqəmdir.