Almaniyada hökuməti formalaşdıran partiyalar vətəndaşlıq qanununun islahatı ilə bağlı razılığa gəliblərbackend

Almaniyada hökuməti formalaşdıran partiyalar vətəndaşlıq qanununun islahatı ilə bağlı razılığa gəliblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada koalisiya hökumətini quran Sosial Demokrat Partiyası (SPD), Yaşıllar Partiyası (Grüne) və Azad Demokrat Partiyasının (FDP) ikili vətəndaşlığı asanlaşdıran qanun dəyişikliyi ilə bağlı razılığa gəldiyi bildirilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Almaniya Daxili İşlər Nazirliyi tərəfindən hazırlanan qanun layihəsi ilə hökumət, vətəndaşlığa qəbul prosedurlarını əhəmiyyətli dərəcədə sadələşdirməyi və bununla da mühacirlərin ölkəyə inteqrasiyasını asanlaşdırmağı hədəfləyir.

49 səhifəlik qanun layihəsinə görə, uzun illər Almaniyada yaşayan immiqrantlar daha tez vətəndaş ola biləcəklər.

Almaniyada vətəndaşlığa qəbul üçün mövcud 8 illik tələb 5 ilə endiriləcək.

67 yaşdan yuxarı olanlar üçün vətəndaşlığa qəbul üçün ilkin şərt olaraq yazılı imtahan əvəzinə müsahibə kifayətdir.

Almaniyada yaşayan və 5 il qanuni işləmiş əcnəbinin övladı da daha tez Almaniya vətəndaşı ola biləcək.

Almaniyada yenilənməsi planlaşdırılan vətəndaşlıq qanunu ölkədə ən çox xarici əhalini təşkil edən türklərlə də yaxından əlaqəlidir.

Almaniya vətəndaşı olmaq üçün Türkiyə vətəndaşlığından imtina etməli olan türklər, yeni qanunla Türkiyə vətəndaşlığından imtina etmədən Almaniya vətəndaşlığını alaraq ikili vətəndaşlıq əldə edə biləcəklər.

Qanun layihəsi Nazirlər Şurası tərəfindən qüvvəyə mindikdən sonra yayda Bundestaqın müzakirəsinə çıxarılaraq qanuna çevrilməsi gözlənilir.

Bu arada qanun layihəsində Azad Demokrat Partiyasının (FDP) etirazları da nəzərə alınıb.

FDP-nin etirazları nəticəsində yalnız sosial yardım almayan və heç bir cinayətdə iştirak etməyən şəxslər vətəndaş ola bilər.

Avropa Statistika Agentliyi Eurostatın rəqəmlərinə görə, Almaniyanın naturalizasiya dərəcələri Avropa İttifaqının orta göstəricisindən aşağıdır.

2021-ci ilin sonuna olan məlumatlara görə, 83,1 milyon əhalisi olan Almaniyada təxminən 72,4 milyon Alman vətəndaşı və təxminən 10,7 milyon xarici vətəndaş var.