Almaniyada məişət zorakılığı halları artıbbackend

Almaniyada məişət zorakılığı halları artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada ötən il məişət zorakılığı hallarının sayının 157 550 olduğu bildirilmişdi ki, bu da ölkədə zorakılığın yüksək səviyyədə davam etdiyini göstərir.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Berlində mətbuat konfransında o, Federal Kriminal Polis İdarəsinin (BKA) hazırladığı 2022-ci il üçün məişət zorakılığı hesabatını təqdim edib.

Hesabatda, 2020-ci ildə 146 min 655, 2021-ci ildə 144 min 44 olan məişət zorakılığı hallarının sayı, 2022-ci ildə 157 min 550 olaraq qeyd edildi. Bildirilib ki, bu rəqəm ötən illə müqayisədə 9,4 faiz artım deməkdir.

Bildirilib ki, məişət zorakılığı qurbanlarının sayı ötən illə müqayisədə 8,5 faiz artaraq 240 min 547 nəfər olub.

Zorakılığa məruz qalanların 80 faizinin qadınlar olduğu bildirilib.

Hesabatda 2022-ci ildə Almaniyada 133-ü qadın olmaqla 152 nəfərin ailədaxili zorakılıq nəticəsində həyat yoldaşları tərəfindən öldürüldüyü vurğulanıb.

Daxili işlər naziri Nensi Faeser hesabatın hər kəsi şoka salması lazım olduğunu ifadə edərək, Almaniyada məişət zorakılığının gündəlik həyatın bir hissəsinə çevrildiyini bildirib.