Almaniyada mənzildə partlayış: 12 yaralı varbackend

Almaniyada mənzildə partlayış: 12 yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Ratingen şəhərində yaşayış binasında partlayış baş verib. Hadisə yerinə gedən xilasetmə və polis qruplarından 12 adam yaralanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Almaniyanın Ratingen şəhərindəki bir mənzildən kömək üçün müraciət daxil olduqdan sonra hadisə yerinə çoxlu sayda yanğınsöndürən və polis qrupları göndərilib.

Məlumatın gəldiyi mənzilə qruplar daxil olarkən partlayış baş verib.

10 yanğınsöndürən və 2 polis əməkdaşı yaralanıb.

Almaniya mətbuatının yazdığına görə, partlayış baş verən mənzildə qadının cansız cəsədi tapılıb.

Hadisə ilə bağlı bir nəfər saxlanılıb.

İstintaq davam edir.