Almaniyadan Misirə avtomobilləri daşıyan gəmidə yanğın davam edirbackend

Almaniyadan Misirə avtomobilləri daşıyan gəmidə yanğın davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyadan Misirə avtomobilləri daşıyan gəmidə baş verən yanğın 24 saatdan çox keçməsinə baxmayaraq hələ də söndürülə bilməyib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Təxminən 3 min avtomobili daşıyan yük gəmisində söndürmə suyundan istifadə edilərsə, 25-i Hollandiya sahillərindəki Şimal dənizində elektriklə işləyən gəminin çevrilmə təhlükəsi səbəbiylə müdaxilə edilə bilməyəcəyi bildirilib.

Yanğının elektriklə işləyən avtomobillərdən qaynaqlana biləcəyini deyən mütəxəssislər belə yanğınları su ilə söndürməyin mümkün olmadığını bildirirlər.

Almaniyanın Federal Ətraf Mühit Naziri Şteffi Lemke Twitter hesabından verdiyi açıqlamada mütəxəssislərin xilasetmə planı hazırlamalı olduğunu vurğulayaraq, Almaniyanın bu plana kömək etmək üçün bütün vasitələri təmin edəcəyini qeyd edib.

Gəminin batacağı təqdirdə suya qarışacaq neft və avtomobil tullantıları səbəbiylə “ekoloji fəlakət” qorxusuna səbəb olan “Fremantle Highway Flower” yük gəmisinin 22 ekipaj üzvünün yüngül xəsarətlərlə xilas edildiyi açıqlanıb.