Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qalibi olan “Alternativ enerjinin dayanıqlı inkişafa və ekoloji faktora təsiri” adlı layihə uğurla icra olunaraq başa çatıb.
İnterpress.az xəbər verir ki, layihə rəhbəri Suad Babayev layihənin icra olunmasının mahiyyəti, Gənclər Fondunun layihənin təşkili və gənclərlə iş məsələlərində göstərdiyi dəstək ilə bağlı gəncləri məlumatlandırıb. Eyni zamanda layihənin icrası çərçivəsində gənclər alternativ enerjinin müasir enerji təhlükəsizliyinin formalaşmasında vacibliyi, ölkəmizdə mövcud olan alternativ enerji potensialı və BMT – nin konsepsiyası olan dayanıqlı inkişaf konsepsiyasının məqsədləri haqqında əhatəli şəkildə məlumatlandırılıb. Təlimlər zamanı gənclərin bu məqsədlərə nail olmada verə biləcəkləri töhfənin daha da artırılması məqsədilə onların bu iş üzrə vəzifələri izah olunub. Eyni zamanda təlimlər ilə yanaşı interaktiv sual-cavab və araşdırmaların aparılması layihənin davamlılığına, təlimin faydalılığına əhəmiyyətli təsir göstərib.
Layihənin icra müddəti 3 ay olaraq müəyyənləşdirilib, təlimlər 2 gün Bakı şəhəri Bakı Dayaq Mərkəzində, 2 gün isə Sumqayıt şəhər Gənclər Evində keçirilməklə ümumilikdə 50 nəfər gəncin maariflənməsində əhəmiyyətli rol oynayıb.







