Alyaskanın Denali Milli Parkında itən iki alpinistin öldüyü güman edilirbackend

Alyaskanın Denali Milli Parkında itən iki alpinistin öldüyü güman edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Alyaska ştatındakı Denali Milli Parkında mayın 5-də yoxa çıxan iki alpinistin ölmüş ola biləcəyi bildirilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Park rəsmilərinin açıqlamasında ilk gündən axtarış-xilasetmə işlərinin davam etdiyi, lakin temperaturun mənfi 15 dərəcəyə enməsi, relyefin çox olması səbəbindən bu şəraitdə sağ qalmalarının çətinləşdiyi bildirilib.

İki alpinistin dostları ilə ünsiyyətinə görə, marşrutlarını tək yoldan keçəcək şəkildə planlaşdırdıqları və çəkisini minimuma endirmək üçün özləri ilə bir gecəlik yemək götürdükləri qeyd edilib.

Axtarış-xilasetmə işlərindən əldə edilən məlumata əsasən, alpinistlərin getdikləri marşrutda kiçik qar uçqunu altında ola biləcəyi, alpinistlərin cansız cəsədlərinin tapılması istiqamətində işlərin davam etdiriləcəyi vurğulanıb.

ABŞ-dan olan 30 yaşlarında olan iki kişi alpinist sonuncu dəfə mayın 5-də 3140 metr yüksəkliyə qalxmazdan əvvəl səsini eşidiblər. Dostları iki alpinistə çata bilmədiklərini park rəsmilərinə bildirdikdən sonra axtarış-xilasetmə işləri başlayıb.