“Amazon” meneceri işini atıb zanbaq ferması qurub.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.
“Amazon” şirkətinin sabiq əməkdaşı Endrü Miller iş yerində yaşadığı peşəkar tükənmə (burnout) səbəbindən karyerasını tamamilə dəyişmək qərarına gəlib.
Uzun illər texnologiya nəhəngində çalışan Miller korporativ həyatla vidalaşaraq özünü zanbaq yetişdirilməsinə həsr edib.
Hazırda onun 17 futbol meydançası böyüklüyündə nəhəng fermanı idarə etdiyi bildirilir.
Keçmiş menecer əvvəllər əsl işgüzar olduğunu etiraf edib. O, hər gün səhər saat 4-də oyanır və həftədə 70 saat ofisdə çalışırdı.
50 yaşında həyatını kökündən dəyişməyə qərar verən Endrü Miller nəhayət arzuladığı sakitliyi və hüzuru güllər arasında tapıb.

Xuraman Etibarlı
İnterpress.az






