Azərbaycan Mərkəzi Bankının (AMB) lisenziyasını ləğv etdiyi “Muğan Bank” ASC-nin ölkənin bank sektorunun aktivlərində xüsusi çəkisi 1,4 %, kredit portfelində 2 %, öhdəliklərində isə 1,3 % təşkil edir.
Bu barədə AMB-nin açıqlamasında bildirilir.
“Bankın lisenziyasının ləğv edilməsi sektorun maliyyə dayanıqlığına və maliyyə sabitliyinə heç bir təhdid yaratmır”, – deyə qurum bəyan edib.