“Dərin kədəri və itkisi zamanı Azərbaycan xalqının yanındayıq”.
bunu Birləşmiş Ştatların Nyu-Cersi ştatının qubernatoru Fil Merfi (Phil Murphy) tviterdəki hesabında Xocalı Soyqırımının 31-ci il dönümü ilə əlaqədar paylaşımında yazıb.
Merfi faciədən 31 il keçdiyini və Azərbaycan xalqının kədərinə şərik olduğunu qeyd edib: “Xocalı Soyqırımı zamanı yüzlərlə günahsız azərbaycanlının həlak olmasından 31 il keçir. Biz bu vəhşilikləri və həyatları əlimizdən alınan qiymətli canları heç vaxt unutmayacağıq”.