Anasına kömək edərkən yanan 15 yaşlı oğlan öldübackend

Anasına kömək edərkən yanan 15 yaşlı oğlan öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salyan rayonunun Qarabağlı kəndinin 15 yaşlı sakini, yanıq xəsarətləri ilə cari ilin iyul ayının 1 də Bakıdakı 5 saylı xəstəxanaya yerləşdirilmiş Nuruyev Seydi Rauf oğlu dünyasını dəyişib.

Bu barədə İnterpress.az-a onun qohumları məlumat verib.

Qeyd edilib ki, Seydi ocaqda yemək bişirən anasına kömək üçün odun üstünə benzin tökmək istəyərkən yanıb.

Həmin zaman ona kömək etmək istəyən anası və dayısı qızı da yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdi.