“Apple” yeni nəslin ən ucuz “iPhone” modelini təqdim edib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici texnologiya KİV-ləri məlumat yayıb.
“Apple” şirkəti yeni nəsil smartfonlar seriyasının ən əlçatan modeli olan “iPhone 17e”ni rəsmən təqdim edib.
Yeni smartfonun satışlarına artıq martın 11-dən başlanılacaq.
Cihazın satış qiyməti 600 dollar (təxminən 1020 manat) olaraq müəyyən edilib.
Baxmayaraq ki, bu model “iPhone 17” xəttinin “büdcə dostu” versiyası kimi mövqeləndirilir, o, kifayət qədər güclü texniki göstəricilərə malikdir.
Smartfon ən yeni “A19” çipi, 48 meqapiksellik yüksək keyfiyyətli kamera və “MagSafe” texnologiyası ilə təchiz olunub.
Bundan əlavə, cihazın baza versiyası birbaşa 256 QB daxili yaddaşla təklif edilir.
Xuraman Etibarlı
İnterpress.az






