ABŞ-ın texnologiya şirkəti “Apple”ın bazar dəyəri keçən ilin yanvarından bəri ilk dəfə olaraq 3 trilyon dolları ötüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
İlin əvvəlindən səhmləri 50 faizdən çox dəyər qazanan Apple-ın səhm dəyəri 1 faizdən çox artıb.
Beləliklə, dünyanın ən dəyərli şirkəti olan “Apple”ın bazar dəyəri 3,03 trilyon dollara çatıb.
Bazar dəyəri ilk dəfə 2 avqust 2018-ci ildə 1 trilyon dollara çatan “Apple” 19 avqust 2020-ci ildə bazar dəyəri 2 trilyon dollara çatıb.
Şirkətin bazar dəyəri ilk dəfə 2022-ci ilin yanvarında qısa müddət ərzində 3 trilyon dolları ötüb və “Apple”i “3 trilyon dollarlıq bazar dəyərinə çatan ilk şirkət” etdi.
Analitiklər “Apple”ın ikinci rübdə gözləntilərin üzərində iPhone satışlarının və iyun ayında təqdim etdiyi “Vision Pro” başlığı da daxil olmaqla, bazara çıxarmağı planlaşdırdığı yeni məhsulların, iqtisadi qeyri-müəyyənlik dövründə belə şirkətin dayanıqlığını göstərdiyini ifadə edib.