Məhkəmə komandir Apti Alaudinovun vəkilini həbs edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandanı, general-mayor Apti Alaudinovun Denis Şapiro adlı vəkili həbs edilib.
İsrailli Şapiro istintaq təcridxanasına göndərilib. O, xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur.
Şapiro əvvəllər də dələduzluqda qondarma “Zolotov” adı ilə məhkum edilib.
O, özü Aptinin vəkilidir və onun maraqlarını müdafiə edib. Axırıncı dəfə Aptini zəhərləmək istəyəndə olub.
İsrail vətəndaşı olan yəhudi Şapiro Çeçenistan Hüquqşünaslar Palatasında işləyirdi.
Xuraman Etibarlı
İnterpress.az