Argentinada bir həftədə koronavirusa yoluxanları sayı dörd dəfə artıbbackend

Argentinada bir həftədə koronavirusa yoluxanları sayı dörd dəfə artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentinalı həkimlər son yeddi gündə 12 000-dən çox koronavirusa yoluxma faktı qeydə alıblar. Bu da bir həftə əvvəlkindən təxminən dörd dəfə çoxdur.

Müvafiq məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Noyabrın 20-dən 27-dək Argentinada 3 323 yoluxma qeydə alındığı halda, son bir həftə ərzində bu rəqəm 12 609 olub.

Nazirliyin məlumatına görə, bir həftə ərzində 9 nəfər koronavirusdan ölüb. Ölənlərin ümumi sayı 130 034 nəfərə çatıb. Ölkədə reanimasiya şöbələrinin 41% xəstələrlə doludur.