Artım sürəti azalsa da, dünya əhalisi 8 milyardı ötübbackend

Artım sürəti azalsa da, dünya əhalisi 8 milyardı ötüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada əhalinin artım tempi azaldığı halda, dünya əhalisinin sayı 8 milyardı ötüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

1989-cu ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramı (UNDP) tərəfindən BMT Baş Assambleyasına təqdim edilmiş təklifin qəbul edilməsi ilə hər il iyulun 11-i qeyd olunur. Dünyada əhali ilə bağlı problemlərə diqqət çəkmək məqsədi ilə “Dünya Əhali Günü” kimi qeyd edilir.

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) hər il iyulun 11-də əhali ilə bağlı mühüm məsələlərə diqqəti cəlb etməklə əhali və inkişaf problemləri ilə bağlı məlumatlılığın artırılması istiqamətində fəaliyyət göstərir.

BMT-nin məlumatına görə, dünya əhalisi 1999-cu ildə 6 milyarda, 2011-ci ildə 7 milyarda, 2022-ci ildə isə 8 milyarda çatdığı halda, UNFPA-nın “Dünya Əhalisinin Durumu 2023 Hesabatı”na görə hazırkı rəqəm 8 milyardı keçib.

Hesabata görə, dünyanın ən çox əhalisi olan ölkəsi 1 milyard 428 milyon 600 min nəfərlə Hindistan olub.

Hindistanı 1 milyard 425 milyon 700 min nəfərlə Çin və 340 milyon əhalisi ilə ABŞ təqib edib.

İnsanların orta ömrünü nəzərə alan hesabatda kişilərin orta hesabla 71, qadınların isə orta hesabla 76 il yaşadığı məlum olub.