Arvadından qisas almaq istəyən ata dörd övladını diri-diri yandırmağa CƏHD ETDİbackend

Arvadından qisas almaq istəyən ata dörd övladını diri-diri yandırmağa CƏHD ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krasnoyarskda qəddar ata arvadından qisas almaq üçün dörd uşağını yandırmağa çalışıb.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Rusiyanın Krasnoyarsk diyarında dəhşətli və qəddar ailə cinayətinin qarşısı son anda alınıb.

Bir kişi həyat yoldaşından qisas almaq məqsədilə daxilində dörd azyaşlı övladının olduğu fərdi evi yandırmağa cəhd edib.

Rusiya İstintaq Komitəsindən verilən məlumata görə, artıq həmin şəxsə qarşı rəsmi ittiham irəli sürülüb.

Hadisənin təfərrüatlarına görə, təqsirləndirilən şəxs həyat yoldaşı ilə birlikdə qohumlarının evində qonaq olub və orada spirtli içki qəbul ediblər.

Məclis zamanı qadın əri ilə birlikdə evə qayıtmaqdan imtina edib. Buna qəzəblənən kişi evə tək qayıdıb, binanın divarlarına asan alovlanan maye tökərək yanğın törədib.

Evdə köməksiz vəziyyətdə qalan dörd uşağı xoşbəxtlikdən ərazidən təsadüfən keçən qonşu alovların içindən çıxararaq xilas edib.

Faktla bağlı “iki və ya daha çox şəxsi, həmçinin köməksiz vəziyyətdə olan azyaşlıları qəsdən öldürməyə cəhd” maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az