Astara sakini ülgüc udubbackend

Astara sakini ülgüc udub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Astara rayonunda 30 yaşlı kişi ülgüc udub.

Hadisə ötən gecə baş verib.

Belə ki, rayonun Burzubənd kənd sakini, 1991-ci il təvəllüdlü Yasəf Cəmil oğlu Əliyev ülgüc (lezva) udaraq intihara cəhd edib. Yaxınları onu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Y.Əliyev əməliyyat olunub və ülgüc onun daxili orqanından çıxarılıb. Hadisənin hansı səbəbdən baş verməsi hələlik dəqiq olmasa da hüquq mühafizə orqanlarının əməkdaşları bir neçə versiya üzərində araşdırmalara başlayıblar.

 

İnterpress.az