Türkiyədə atası ilə mübahisə edən şəxs evi yandırıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Hadisə Hatayın Dörtyol rayonunda qeydə alınıb.
Belə ki, atası ilə mübahisə edən şəxs odekolon tökərək evi yandırıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, yanğın söndürülsə də evə ciddi ziyan dəyib.
Atasının şikayəti ilə hadisəni törədən şəxs polis bölməsinə aparılıb.