ATƏT-in Ukraynadakı missiyası ləğv edilirbackend

ATƏT-in Ukraynadakı missiyası ləğv edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATƏT-in Ukraynadakı xüsusi monitorinq missiyası öz fəaliyyətini dayandıracaq.

İnterpress.az xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau və ATƏT-in baş katibi Helqa Şmid məlumat verib.

Bildirilib ki, bu qərar missiyanın mandatının uzadılması ilə bağlı ATƏT-in Daimi Şurasında konsensusun olmamasından sonra verilib.

Qeyd olunub ki, missiya yerlərdə obyektiv məlumatların verilməsində, atəşkəsin təşviq edilməsində və münaqişənin mülki şəxslərə təsirinin azaldılmasında mühüm rol oynayıb.