Türkiyədə aşağıbüdcəli aviaşirkətlər uçuş zamanı enerji banklarından istifadəyə qadağa qoyub.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyənin aşağıbüdcəli aviaşirkəti AJet sərnişinlərə uçuşlar zamanı enerji banklarından (powerbank) istifadə etməyi qadağan edib.
Oxşar addımı digər aşağıbüdcəli aviaşirkət Pegasus da atıb.
Qadağa Türkiyə Mülki Aviasiya Baş İdarəsinin (SHGM) yaxın vaxtlarda verdiyi müvafiq tövsiyələrdən sonra tətbiq olunub.
SHGM təhlükəsizlik məqsədilə uçuş zamanı bu tip qurğuların istifadəsinin məhdudlaşdırılmasını tövsiyə edib.
Xuraman Etibarlı
İnterpress.az