AVRO-2022: İngiltərənın qadınlardan ibarət yığması finala yüksəlibbackend

AVRO-2022: İngiltərənın qadınlardan ibarət yığması finala yüksəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ilin qadınlar arasında Avropa çempionatının 1/2 final mərhələsinin oyununda İngiltərə yığması İsveç millisi ilə qarşılaşıb.

Şeffilddəki (İngiltərə) “Bremmel Leyn” stadionunda keçirilən qarşılaşma ingilis futbolçuların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın 34-cü dəqiqəsində İngiltərə yığmasının hücumçusu Bet Mid hesabı açıb. 48-ci dəqiqədə Bronz Midin ötürməsi ilə komandasının hesabdakı üstünlüyünü artırıb.

Görüşün 68-ci dəqiqəsində yarımmüdafiəçi Alessiya Russo İsveç yığmasının qapısına 3-cü qolu vurub. Qarşılaşmada son nöqtəni 77-ci dəqiqədə hücumçu Fren Kirbi açıb.

Beləliklə, İngiltərənin qadınlardan ibarət komandası Avropa çempionatının finalına yüksəlib. İngiltərə yığması finalda Almaniya-Fransa matçının qalibi ilə qarşılaşacaq.