2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına evsahibliyi edəcək ölkələr müəyyənləşib.
İnterpress.az “Sky Sports”a istinadla xəbər verir ki, yarış Böyük Britaniya və İrlandiyada təşkil olunacaq.
Bu, Türkiyə Futbol Federasiyasının namizədliyini geri götürməsindən sonra bəlli olub.
Qeyd edək ki, daha əvvəl Türkiyə və İtaliya AVRO-2032-ni birgə təşkil etmək üçün UEFA-ya müraciət edib.