Avropa Komissiyası: Aİ Rusiyaya qarşı sanksiyaları yumşaltmayacaqbackend

Avropa Komissiyası: Aİ Rusiyaya qarşı sanksiyaları yumşaltmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ Rusiyaya qarşı sanksiyaları yumşaltmayacaq.

İnterpress.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Podesta Sky News-un iddialarını şərh edərkən bildirib.

Avropa İttifaqı Ukraynada diplomatik razılaşma çərçivəsində atəşkəs əldə olunsa belə, Rusiyaya qarşı tətbiq edilən sanksiyaları yumşaltmağı planlaşdırmır.

Onun sözlərinə görə, mətbuatda yayılan məlumatlar “tamamilə fərziyyədir”:

“Əmin ola bilərsiniz ki, biz Rusiyaya qarşı sanksiya təzyiqini tam şəkildə saxlayacağıq. Qalan hər şey isə sırf spekulyasiyadır. Artıq 18 sanksiya paketi qəbul etmişik və 19-cu paketi hazırlayırıq”, – Podesta vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az