Avropada koronavirus təklükəsi böyüyür, qadağalar qayıdırbackend

Avropada koronavirus təklükəsi böyüyür, qadağalar qayıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir sıra Avropa ölkələrində COVİD-19 koronavirüsünə yeni yoluxma hallarında artım rekord həddə çatıb.

“İnterfax” xəbər verir ki, xüsusilə Almaniyada bir gündə 6,6 min nəfərdə COVİD-19 müəyyən edilib. Bu, koronavirus pandemiyası başlayandan bəri ölkədə ən böyük artımdır.

Almaniya kansleri Angela Merkel bu barədə narahatlığını bildirib:

“Yüksələn yoluxma sayı məni narahat edir. Bunu saxlamalıyıq”.

Onun sözlərinə görə, Almaniya 250 milyard avro borclanacaq.

Çex Respublikasında da rekord səviyyədə virusa yoluxma qeydə alınıb. Sutka ərzində ölkədə 9,5 min insan virusa yoluxub.

Koronavirusla bağlı oxşar vəziyyət fonunda bəzi Avropa ölkələri məhdudiyyətlərə geri qayıdır. Məsələn, Portuqaliya cümə axşamından bəri beş nəfərdən çox insanın toplaşmağını qadağan edib. Həmçinin ölkədə təhlükəsizlik tədbirlərinə riayət etməyən şirkətlərə tətbiq olunan cərimə 5 min avrodan 10 min avroya qaldırılıb.

Niderlandda maska taxmaq məcburiyyəti, spirtli içki satışı, o cümlədən digər məhdudiyyətlər qüvvəyə minir.

Kataloniyada bütün bar və restoranlar cümə axşamından etibarən 15 günlük bağlıdır. İdman zalları, kinoteatrlar və teatrların 50 faizinin, mağaza və bazarların isə 30 faizdən çox olmamaq şərti ilə fəaliyyətinə icazə verilir.

İspaniya yoluxma sayına görə uzun müddət dünya ölkələri arasında beşinci sırada olan Kolumbiyanın yerini tutub. Ölkədə ümumilikdə 937 311 nəfərdə koronavirus aşkarlanıb.

 

İnterpress.az