Avropanın yeraltı qaz anbarları 55% doldurulubbackend

Avropanın yeraltı qaz anbarları 55% doldurulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa şirkətləri yeraltı qaz anbarlarını, təxminən, 55% doldurub.

İnterpress.az xəbər verir ki, bunu “Gas Infrastructure Europe”un (GIE) məlumatları təsdiqləyir.

Rusiyadan təbii qazın tədarükünə qoyulan məhdudiyyətlər, həmçinin ABŞ-ın iri mayeləşdirilmiş qaz zavodu olan “Freeport LNG”də aparılan uzunmüddətli təmir belə Avropa qaz anbarlarına bu enerji resursunun vurulması sürətinə hələ təsir göstərməyib.

Qeyd edək ki, Avropanın qaz anbarlarına vurulan təbii qazın ümumi həcmi, təxminən, 58,3 milyard kubmetrə çatıb.

“Nord Stream AG” operatorunun məlumatına görə, Rusiya təbii qazının “Şimal axını” kəməri ilə gündəlik nəqli əvvəlki günlərin səviyyəsində, yəni, təqribən, 64 milyon kubmetr səviyyəsində gözlənilir.