Avstraliya ABŞ-dan 40 hərbi helikopter alacaqbackend

Avstraliya ABŞ-dan 40 hərbi helikopter alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliya hakimiyyəti ölkənin Hərbi Hava Qüvvələrində xidmətdə olan köhnəlmiş MRH-90 Taipan helikopterini əvəz etmək üçün ABŞ istehsalı olan 40 ədəd Black Hawk hərbi helikopteri alacaq.

“Report” xəbər verir ki, bunu ölkənin müdafiə naziri Riçard Marles bildirib.

Onun sözlərinə görə, yeni helikopterlərin alınmasına 2,8 milyard Avstraliya dollarından çox (təxminən 2 milyard ABŞ dolları) xərclənməsi planlaşdırılır.

Nazir əlavə edib ki, Avstraliya Hərbi Hava Qüvvələri uzun illərdir ki, Taipan helikopterlərinin istismarı və texniki xidməti sahəsində ciddi çətinliklərlə üzləşib:

“Biz sadəcə olaraq bu helikopterərdə lazım olan uçuş saatlarını ala bilmirik, halbuki Black Hawk helikopterləri Hərbi Hava Qüvvələrimizə tələb olunanı verəcək”.